Peşəkar nevroloji dəstək axtarırsınız?
Telefon : +994 50 242 24 35
Email : drlatafatosmanli@gmail.com
İş saatları: Həftə içi 10:00 – 16:00
Nevrologiya haqqında bütün suallarının cavabını öyrən!

Tez-tez verilən suallar

1.Qəbula necə yazıla bilərəm?

Qəbula yazılmaq üçün sayt üzərindən onlayn formu doldura, telefonla zəng edə və ya klinikaya birbaşa müraciət edə bilərsiniz. Müraciətiniz təsdiqləndikdən sonra qəbul vaxtınız sizə bildirilir.

2. Hansı xidmətlər göstərilir?

Nevrologiya sahəsində geniş spektrli xidmətlər təqdim olunur: baş ağrıları və miqren, epilepsiya, başgicəllənmə, yuxu pozuntuları, panik atak, sinir-əzələ xəstəlikləri, insult sonrası vəziyyətlər və EEQ müayinələri.

3. Sığorta qəbul edilirmi?

Bəzi özəl sığorta şirkətləri ilə əməkdaşlıq mövcuddur. Sığortanızın keçərli olub-olmadığını əvvəlcədən dəqiqləşdirmək üçün qeydiyyat şöbəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.

4. Qəbula gələrkən nə gətirməliyəm?

Əvvəlki müayinə nəticələri, analizlər, MRT/KT görüntüləri və istifadə etdiyiniz dərmanların siyahısını özünüzlə gətirməyiniz müayinə prosesini daha dəqiq və effektiv edir. (əgər varsa)

5. Eyni gün üçün qəbul mümkündürmü?

Təcili və kəskin nevroloji vəziyyətlərdə eyni gün üçün qəbul imkanı mümkündür. Mövcudluq klinikanın iş qrafikinə əsasən müəyyən edilir.

6. Müayinə nəticələrimi necə əldə edə bilərəm?

EEQ və digər testlərin nəticələri şəxsən təqdim olunur və ya elektron formatda pasiyentə göndərilə bilər. Həkim nəticələri ətraflı izah edir.

7. Klinikada hansı təhlükəsizlik tədbirləri görülür?

Sterilizasiya, dezinfeksiya və tibbi protokollara tam riayət olunur. Pasiyent təhlükəsizliyi və gigiyena klinikanın əsas prioritetidir.

8. Onlayn konsultasiya mümkündürmü?

Bəzi hallarda ilkin və ya nəzarət məqsədli onlayn konsultasiya mümkündür. Ancaq ətraflı diaqnoz üçün fiziki müayinə tövsiyə olunur.

9. Təcili nevroloji vəziyyətdə nə etməliyəm?

Qəfil şüur itkisi, güclü baş ağrısı, nitq pozulması və ya iflic əlamətləri olduqda dərhal təcili tibbi yardıma müraciət etməlisiniz.

10. Qəbulu necə dəyişdirə və ya ləğv edə bilərəm?

Qəbul vaxtından ən azı 24 saat əvvəl bizimlə əlaqə saxlayaraq vaxtı dəyişdirə və ya ləğv edə bilərsiniz.

Nevrologiya üzrə klinik müayinə

Nevroloji probleminiz var?

Dəqiq müayinə və düzgün müalicə buradan başlayır.

Bizə mesaj yazın

Müraciətinizi qısa yazın — ən qısa zamanda geri dönüş edəcəyik.